Bu maraqlıdır!

Məktəbdə “tənbəl” adlandırılan balaca qızın dahi olduğu müəyyənləşib

Türkiyənin İstanbul şəhərindəki bir məktəbdə maraqlı hadisə baş verib. Belə ki, məktəbdə istedadsız, tənbəl adlandırılan Melike Erbaş adlı doqquz yaşlı qız öz zəka səviyyəsi ilə hər kəsi təəccübləndirib. 


Ailənin tək övladı olan Melikenin məktəb həyatı olduqca sıxıntılı keçib. Oxuma-yazma məsələsində öz yaşıdlarından geri qalırmış. Həm dərslərində, həm də sinif ortamında ondan istənilən bacarıq və uyğunlaşmanı yerinə yetirə bilməyib. Balaca qız məktəbə getmək istəməyincə ailəsi pis vəziyyətdə qalıb. Sıxıntılı keçən müddət illərdir ki, ailənin hüzuruna mənfi təsir edib. Qızın atası nəticədə Üstün Zəkalılar Dərnəyinin rəhbərinə bununla bağlı müraciət edib. Bu müddətdən sonra isə Melikenin zəkasının əslində bir xəzinə olduğu müəyyənləşib. Dərnəyin rəhbəri “tənbəl” adlandırılan qıza müxtəlif suallar verib. Qızın verdiyi cavablar isə onun zəkasının yüksək olduğunu və dahi uşaqlar səviyyəsində bildiyini təsdiq edib. Bir neçə psixoloq tərəfindən də yoxlanılan balaca qız hər kəsi öz zəkası ilə heyran edib. Artıq bunu bilənlər balaca qıza gələcəyin “elm adamı”, “alimi” kimi baxır. 


Ona görə də uşaqların məktəb həyatında yaşıdlarından geri qalmaması üçün onu həvəsləndirmək, istedadını ortaya qoyması üçün şərait yaratmaq vacibdir. Bu həm onun özü üçün, həm də valideynləri üçün əhəmiyyətlidir.