Bu maraqlıdır!

Almazdan tikilən məscid: Cəvahirli Minarə

Süleymaniyə məscidinin sağında kiçik minarəsi olan Cəvahirli Minarə yerləşir. Bu möhtəşəm məscidin kiçik minarəsinin daşları arasında almaz da var. 


Tikinti zamanı almazdan istifadə edilməsinin maraqlı bir səbəbi var. Belə ki, İran şahı, Qanuni Sultan Süleymana bir sandıq dolu almaz yollayır, onun bu jesti Sultan Süleymanın marağına səbəb olur. Çünki Şah məscidin tikintisi zamanı maddi ehtiyat qurtarardısa, almazdan istifadə edilsin deyə onları göndərmişdi. Ancaq Sultan Süleyman almazların məscidin daşlarının tərkibində tikilməsini əmr etmişdi. Nəticədə almazdan bir məscid meydana gəlmişdi.