Uşaqlar ən çox YouTube-da vaxt keçirir
“Kaspersky Lab” şirkəti uşaqların internetdə nə etdiyini və nə qədər vaxt keçirdiyini araşdırıb.
Şirkətin hesabatına görə, uşaqlar ən çox YouTube-da vaxt keçirir.
Hesabatda dünya üzrə uşaqların yaz tətili zamanı internetdən istifadə edərkən ən çox hansı şəbəkələrə daxil olduğu qeyd olunub. Araşdırma zamanı valideyn nəzarəti modullarından istifadə edilib. Həmçinin araşdırma zamanı uşaqların məktəbdə olmadığı müddətdə internetdə nələr izlədiyi, nələri dinlədiyi, nələr aldığı və araşdırdığı da məlum olub.
24.09.2018