Bu maraqlıdır!

Antik Efes şəhəri

Efes Türkiyənin Ege bölgәsindә İzmirin cәnubundakı Menderes çayının dәnizlә birlәşdiyi nöqtәdә yerlәşәn antik liman şәhәridir. Olduqca böyük olan Efes şəhərində kitabxana, məbədlər, uzun yollar, yaşayış evləri mövcud idi. 


Miladdan öncə yaranan tarixi Efes şəhəri müxtəlif dövrlərdə Roma, Yunanıstan və Osmanlı Türkiyəsinə aid olub. “Amazon” adlandırılan qadın döyüşçülər tərəfindən yaradıldığı hesab edilən Efes şəhərinin təxmini 8 min illik tarixi var. Artemis məbədi, Məryəm Ana evi və Əshabi- Kəhf Efes şəhərinin ən maraqlı yerləri hesab olunur. Antik Efes şəhəri Türkiyənin ən önəmli turizm mərkəzlərindən biridir. Efes Hellenistik və Roma dövründə özünün çiçəklənmə dövrünü yaşayıb. Roma imperatoru Oktavian Avqustun dövründə paytaxt şəhər olan Efesin əhalisi 200 min nəfərə çatıb.


Şərqlə Qərb arasında qapı rolunu oynayan Efes şəhəri əhəmiyyətli liman şəhəri idi. Bu xüsusiyyətinə görə Efes həmin dövrdə mühüm ticarət və siyasi mərkəz sayılırdı. Hər il dünyanın müxtəlif ölkələrindən buraya təxmini 1,5 milyon turist gəlir. Efes şəhəri 2015-ci ildə “YUNESKO-nun Dünya Mirası Siyahısı” na daxil edilib.