Məryəm Əliyeva. Yeşikdə pişik
Pişiyə bax pişiyə,
Qaçıb girib yeşiyə.
Dostlar axtarır onu,
Amma çıxmır eşiyə.
Məstan görəsən hanı?
Axtarırlar hər yanı.
Pişik, hardasan, pişik?
Yada düşmür heç yeşik!
Pişik də miyoldamır,
Səsini çıxarmayır.
Bu isti yeşikdə o,
Özüyçün xumarlanır.
Axşam düşür ay aman,
Dostlar darıxır yaman.
Onda görüb yeşiyi,
Tapdılar bu pişiyi.
28.06.2018