Südün tərkibi nədən ibarətdir?
Bir çox insanlar belə düşünür ki, qida üçün istifadə etdiyimiz ən yaxşı ərzaq məhz süddür. Bu doğurdan da belədir. Südün tərkibində bizim sağlamlığımıza xeyirli olan çoxlu maddə var.
Əzələlərin möhkəmlənməsi və bərpası üçün vacib olan zülallar süddə çoxluq təşkil edir. Süd həmçinin orqanizmin enerji alması üçün vacib olan yağlarla da zəngindir. Bu yağlar balaca diyircəklər şəklində çıxır.
Südün tərkibində həmçinin şəkər də var. Ona laktoza deyilir. Laktoza şəkər qamışı və çuğundurdan hazırlanan şəkər kimi şirin olmasa da, insan orqanizmi tərəfindən çox rahat həzm olunur. Süd, həmçinin insan orqanizmini çox əhəmiyyətli olan mineral maddələrlə təchiz edir. Bu maddələr sümükləri möhkəmləndirir və qanı təzələyir.
Süddə fosfor, kalsi, dəmir, bal, manqan, maqnit, natrium, kalium, xlor, yod, kobalt və sink kimi çox xeyirli kimyəvi elementlər də vardır. Süd bizi B2, A, B1, C və D kimi bir çox vitaminlərlə təmin edir. Südün tərkibində su çoxluq təşkil edir.
14.09.2013