Bu maraqlıdır!

Tarixdə ən qısa yazışma

Bilirsinizmi ki, tarixdə ən qısa yazışma harada və kimlər arasında baş verib? 1862-ci ildə məzuniyyətdə olan məşhur Fransa yazıçısı Viktor Hüqo, oxucularının yenicə çapdan çıxmış “Səfillər” romanına olan reaksiyasını bilmək üçün nəşriyyat evinə teleqram yollayır. Bu teleqram yalnız bir “?” (sual) işarəsindən ibarət idi. Nəşriyyat evi də yazıçıya eyni üslubda - “!” (nida) işarəsi ilə cavab verir. Məhz bu yazışma tarixdə ən qısa yazışma hesab olunur.