Şeirlər

Zahid Xəlil. Qanqal

Qanqal bir gün söylədi:
Tikanım var, kirpiyəm.
Çiçəklərim gözümdür,
– Tikanlarım kirpiyim.


 Dəvəyə bax dəvəyə
Ayaqları tərəzi.
Elə bil ki, lampadı,
Gözlərinin hərəsi.


Bu vaxt dəvə qanqalın
Lap yanına çatırdı.
Qanqal isə gizlicə
Dəvənin ayağına
Tikanını batırdı.


Eh, dəvəyə nə var ki,
Dəyişmədi heç halı.
Otların arasından
Tapıb yedi qanqalı.