Şeirlər

Davud Aslan. "Ən şirin şey"

"Nənə, nənə!", dedi Qədir,
Yenə sual verdi Qədir.
Ən şirin şey, söylə nədir?
Nağıldırmı, noğuldurmu,
Konfetdirmi, yağ-baldırmı ?

 

Öpüb dedi nəvəsinə:
Qurban olum, oğul sənə.
Ən şirin şey elimizdir,
Dağımızdır, çölümüzdür,
Bizim doğma dilimizdir.