Zahid Xəlil. "Hesab"
Bir qoz düşdü ağacdan
Ortasından bölündü.
İki parça ləpəni
Üç qarğaya böl indi.
İkisinə düşdü pay
Birisi saldı haray.
Düşdü yenə iki qoz
Hər qoz iki üz oldu.
Qarğalar sevindilər:
- Hesabımız düz oldu!
Babam dedi: - Uşaqlar,
Qarğanın sayı üçdü:
Altı dənə ləpədən
Hər qarğaya nə düşdü?