Səməd Vurğun. "Bahar şərqisi"
Günəş doğdu, yayıldı,
Yatan ellər ayıldı.
Açdı çiçəkli güllər,
Dilə gəldi bülbüllər.
Qar, çovğun gözdən itdi,
Dağlarda lalə bitdi.
Qanadlandı buludlar,
Yerdəki əlvan otlar.
Cücərib boy atdılar,
Aləmə naz satdılar.
Artdı suların səsi,
Sevindirdi hər kəsi.
02.05.2018