Bu maraqlıdır!

Dünyanın ən böyük ilanı

Dünyanın ən böyük ilanı nəhəng və yaşıl anakondadır.

Onun uzunluğu təxminən 10 metr, çəkisi isə 220 kiloqramdır.


Hazırda yaşayan ilanlardan ən böyüyü Nyu-Yorkda zooloji cəmiyyət terrariumundadır. Onun uzunluğu 9 metr, çəkisi 130 kiloqramdır.


Qeyd edək ki, qeydə alınan ən uzun anakonda 11 metr 43 santimetr olub. Onun uzunluğunu 1944-cü ildə Kolumbiya cəngəlliyini öyrənən və neft yataqları axtaran geoloq-neftçi ölçüb.