Zahid Xəlil. Uzun yol
Damcı, hara gedirsən?
Bulağa qarışmağa.
Damcılar sıralandı
Bir buz bulaq yarandı.
Bulaq, hara gedirsən?
Kür çayına çatmağa.
Bulaq Kürə qovuşdu
Kür də sevindi, coşdu.
A Kür, hara gedirsən?
Zəmilərə, bağlara!
Kür axdı boz çöllərə,
Yaşıllaşdı dağ - dərə.
Uzun yollar keçərək
Damcı, xoş gəldin bağa!
İndi hara gedirsən?
Bax, o uca, budağa.
Budağın lap başında
Onun kefi saz oldu.
Sallandı başaşağı
Yumru bir gilas oldu.
Gün vurdu, sırğalandı,
Meh əsdi, yırğalandı.
23.04.2018