Bu maraqlıdır!

Uşaqlarda süd dişləri necə əvəzlənir

İnsanların dişlərinin dəyişməsinin səbəbi haqqında  heç fikirləşmisinizmi? Təxminən 6-7 yaşda süd dişləri tökülməyə başlayır. Onların yerində daimi dişlər çıxır.
Süd dişləri 20,  daimi dişlər isə 32 dişdən ibarətdir.
Süd dişlərinin əvəzlənməsinin çox sadə səbəbi var. Uşağın boyu artdıqca onun  çənəsi də inkişaf edir, dişlər arasındakı  məsafə genişlənir. Süd dişləri isə böyümür. Daimi dişlər uşaq doğulandan dərhal sonra süd dişlərinin altında formalaşır.  Müəyyən müddətdən sonra süd dişlərinin kökü sovrulmağa başlayır. Bu zaman dişlər laxlayır və tökülür. Beləliklə, süd dişləri tədricən yeni dişlərlə əvəzlənir. “Uşaq” dişlərinin tamamilə əvəzlənməsi prosesi 12-13 yaşda başa çatır.
Süd dişlərinin yerinə yetirdiyi ən vacib funksiyalardan biri daimi dişlərin bitməli olduğu yeri “göstərməsidir”.