Mirzə Ələkbər Sabir. "Hörümçək və ipəkqurdu"
Bir hörümçək özün çәkib durdu,
Dedi fәxr ilә:-Ey ipәkqurdu!
Nә xәsilәtlә iş görürsәn sәn,
Niyә bunca ağır hörürsәn sәn?!
Gәl mәnim sənətimdə sürәtimi
Görüb iqrar qıl mәharәtimi.
İşә gircәk tamamını hörürәm,
Az zaman necә çox iş görürәm?!
Baxdı, güldü ona ipәkqurdu,
Sәrzәniş etdi, tənələr vurdu.
Dedi:-Bәrfәrz olsa, hәr yerdә
Toxuyarsan böyük, kiçik pәrdә.
De görüm, onların nәdir sәmәri?
Bәlkә dә hәr kәsә çatır zәrәri.
Leyk mәndә yox isә dә sürәt,
Yapdığım işdә var ağır qiymәt.
Alәmә faidә verir karım,
Hәr kәs istәr ola xәridarım.
08.04.2018