Şeirlər

Abdulla Şaiq. "Uşaq və dovşan"

 

U ş a q
-Dovşan, dovşan, a dovşan!
Qaçma dayan, a dovşan!
Qaçma səni sevəndən,
Can kimi istəyəndən.

 

 

 


D o v ş a n
-Dura bilmərəm, dadaş,
Yanında var alabaş.
Xəbərdaram işindən,
Qurtarmaram dişindən.