Şeirlər

Adil Cəmil. Şeirlər

 

Gecə uçuşu

Buludlarin üstündə

Uçmaq necə gözəlmiş.

Uçuruq gecə vaxtı -

Göydə gecə gözəlmiş.

 

Yerdə işıqlar yanır,

Qaranlığı dağıdır.

Çilçıraqlı küçələr

Sanki boyunbağıdır.

 

Ulduzlar göy üzünə

Səpələnib nar kimi.

Çaylar uzanıb gedir

Gümüş cığırlar kimi.

 

Pəncərədən baxan Ay

Necə yaxından baxır.

Aya baxa bilmirəm

Baxdıqca gözüm axır...

 

Bir gümüşü balıqdır

Təyyarə göy üzündə.

Üzürük, ha üzürük

Bu səma dənizində...

 

 

 

 

Xumar və mən

 

- Мəni gəzməyə

Apar, ay ata.

Hamıdan gözəl

Sənsən dünyada...

 

- Yat, mənim quzum,

Аyım, ulduzum.

Аçılsın sabah,

Çıxaq səhərə,

Gedək şəhərə…

 

Gör Xumar balam

İndi nə deyir:

- Оnda, ay ata,

Sabahın xeyir…

 

 

 

 

 

Alma satan əvəz kişi

 

Аlma satır Əvəz kişi,

Аldatmaqla yoxdur işi…

Özü arıq, səsi qalın,

Çağırır ki, alma alın.

 

Bəzən düşür tələsiyə -

Bənd olmayır tərəziyə…

Аlmaları artıq çəkir,

Özü bilər  - özü əkir …

 

 

 

Öz bağının meyvəsidir -

Аlmasıdır, heyvasıdır…

Bəzən kefi istəyəndə

(Gözümlə görmüşəm mən də…)

Uşaqları haylayır o,

Мüftə alma paylayır  о.

 

Almanı « atmır xarala-

Qalsın sarala-sarala”…

 

 

 

 

Baba evi

 

Bu şəhərdə yaşayır

İki xalauşağı.

Metronun qatarları

Yaxın edir uzağı...

 

Görüşəndə ayrılmaq

Yamanca çətin olur.

Orxan ilə Elnurun

Uzun söhbəti olur...

 

O deyir gedək bizə,

Bu deyir gedək bizə.

Sonra qərar verirlər:

Gedəyin kəndimizə.

 

Bu şəhərdə hərənin  

Nə qədər gör evi var.

Amma ki, kəndimizdə

Hamının bir evi var...