Uolt Disney
Görkəmli Amerika prodüseri, rejissoru, aktyoru, ssenaristi və rəssam-animatoru Uolt Disney qazandığı Oskar mükafatlarının sayına görə dünyada birinci yerdədir. O, ümumilikdə 26 Oskar qazanıb! Uolt Disney 1901-ci il dekabrın 5-də Çikaqoda dünyaya gəlib. Özündən kiçik daha 4 qardaş-bacısı olan Uolt Disneyin ailəsi daha sonra cənuba — Missuri ştatına köçdü.
Orada Marselin şəhərində balaca Uoltun həm rəssamlıq, həm də ticarət qabiliyyəti üzə çıxdı. Kağız və qələm olmadığından o, ilk rəsmlərini qatran vasitəsilə evlərinin divarlarına çəkirdi. Artıq 8 yaşında o, kənd həkiminin sevimli atının şəklini çəkməklə özünün ilk məvacibini qazanmışdı. Birinci dünya müharibəsinin sonunda o, Fransa Qırmızı Xaç komitəsinin təcili yardım maşınının sürücüsü işləyirdi.
Onun maşını düşməndən gizlənmək məqsədilə şəkillərlə bəzədilmişdi. Müharibədən Uolt Disney reklam sahəsində rəssam olmaq ümidləri ilə qayıtdı. O vaxta qədər o artıq animasiya sahəsinin vurğununa çevrilmişdi. Onun yaradıcılıq fəaliyyətində həmişə gülərüz olan Mikki-Maus adlı siçanın böyük rolu var. “Hər şey siçanla başlayıb”, – deyə o daha sonralar bu barədə danışırdı. Mikki ilk dəfə 1928-ci ildə ilk sinxron səsləndirməli cizgi filmi olan “Villi paroxodu” adlı ekran əsərində meydana çıxmışdı. Daha sonra siçan Mikkinin Mini adlı rəfiqəsi yarandı və tezliklə onlara ördək Donald, Pluto və Qufi kimi iki fərqli it və bir çox başqaları qoşuldular.
Bir-birinin ardınca Disneyin yeni qəhrəmanları — Pambıq Şahzadə və Yeddi Cücə, Düyməcik, Pinokkio, Bembi və başqaları meydana çıxdı.
29.06.2013