Zoopark
Bir yer gördüm koma-koma,
Mil-mil...
Orda qalır ayı, meymun,
Fil-fil...
Gəzdim, gördüm onları mən
Bir-bir...
Heç qorxmadım, ürəyimdə
Gup-gup.
Biri vardı zolaq-zolaq,
Min çap.
Biri vardı boynu uzun
Lap-lap.
Boynuna çıx, sonra axtar
Tap-tap.
Üstü çil-çil, gözü zil-zil,
Həm də qızartdaq.
Biri vardı başı pırpız-
Vığr-vığr.
Biri vardı pələqulaq-
Oğr-oğr.
Biri yekə, uzunxortum...
Xort-xort...
O birisi qoçaq, qıvraq-
Bırr-bırr.
Tapmadınsa, söyləyim
Bil-bil...
Biri aslan, birisi də...
Fil. Fil.
O birisi pinti, pinti
Min çap.
Qaldı bircə meymun Çita,
Zilli zürafə...
Heç qorxmadım, ürəyimdə
Gup-gup...
04.04.2018