“Alo”sözü necə yaranıb?
Telefon zəng çalır. Dəstəyi götürən kimi “Alo” deyirik. Bu hər gün bir neçə dəfə təkrarlanır. Bəs hər gün dediyimiz bu müraciət formasının necə yarandığını bilirsinizmi?
“Alo” sözünün maraqlı bir tarixçəsi vardır. Bu bir qadının adı və soyadının baş hərfləridir: Alessandra Lolita Osvaldo. Bu qadın telefonun ixtiraçılarından biri olan A. Qrehem Bellin sevgilisi olub. A. Bell ilk telefon xəttini sevgilisinin evinə çəkmişdi. Telefon hər dəfə zəng çalanda Graham Bell dəstəyi götürüb sevgilisinin adını deyərdi. Bell zaman keçdikcə sevgilisinə adını qısa şəkildə deməyə başladı. Ona “Ale Lolos”deyə müraciət etdi. Daha sonra sadəcə adın baş hərfləri ilə kifayətləndi: “ALO”.
Bir gün Alessandra Belli tərk etdi. Buna baxmayaraq, Bell onun zəngini həmişə gözləyirdi. Sonralar telefon geniş yayıldı. Bell başqa insanlarla da əlaqə qurdu. Lakin hər dəfə telefon zəng çalanda Bell adəti üzrə dəstəyi götürüb “Alo” deyirdi. Bax beləcə “Alo” sözü telefonla danışan insanlar arasında da yayıldı və populyarlaşdı.