Şeirlər

Mir Sabir. Apara bilməyir çay

Səmadan sürüşüb Ay,
Axar suya düşüb Ay,
 
Sellər coşub çağlayır,
Qışqırıb salır haray.
 
Dalğalar gəlib keçir,
Ordu tək alay-alay.
 
Hər nə düşdü əlinə,
Dənizə aparır  pay.
 
Baxır, baxır… bayaqdan,
Mat qalır kiçik Humay.
 
-Niyə Ayı götürüb,
Apara bilməyir çay?..