Şeirlər

Məmməd Aslan. Mən tənbəl deyiləm

Gedirəm dəyirmana,
Kim tənbəl deyir mənə -
Yalan deyir.
Mən gedirəm qoyuna,
Qoymaram ki, bir qoyun
Qaçıb gözdən yayına.

Başı qarlı dağacan,
Qoynu barlı bağacan
Qaçaram birnəfəsə,
Kim mənə tənbəl desə,
Yalan deyir.
 
İşləməyə əlim var,
Əlimdə saz belim var.
Bostan gətir şumlayım,
Ləklərini tumlayım,
Dostlar mənə gəl deyir.


Kim mənə tənbəl deyir –
Yalan deyir.