Xəbərlər

Londondakı Azərbaycan məktəbində uşaqlara ana dili və milli dəyərlər aşılanır

Xaricdə yaşayan azərbaycanlı uşaqlar üçün ana dilinin və milli kimliyin qorunub saxlanılması xüsusi əhəmiyyət daşıyır. Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbi (BEAS) bu istiqamətdə mühüm missiyanı yerinə yetirərək Azərbaycan dilinin, tarixinin və mədəniyyətinin gənc nəsillərə aşılanmasına töhfə verir.