Xəbərlər

XI Bakı Beynəlxalq Kitab Sərgisi başladı

Bu gündən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə  Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi başlandı.

 

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 7-dək davam edəcək builki sərgi “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunub.

 

Sərgidə iştirak etmək istəyənlərin metronun “Elmlər Akademiyası” (09:00 - 17:00), “28 May” (09:00 - 17:30) və “Koroğlu” (09:00 - 18:00) stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

 

Avtobusların Bakı Ekspo Mərkəzinə yola düşmə və geri dönüşünü əks etdirən cədvəli təqdim edirik.