Xəbərlər

Paytaxtda IX sinif üzrə 2370 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

İdarədən AZƏRTAC-a bildirilib ki, ümumi orta təhsil haqqında fərqlənmə attestatı ümumi orta təhsil səviyyəsində oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.

 

Qeyd edək ki, məzunlara ümumi orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin Pedaqoji Şurasında baxılır və müvafiq qərar qəbul edilir.