Xəbərlər

İstanbulda 25-ci Türk Dünyası Uşaq Festivalı keçiriləcək

Mayın 24-dən iyunun 1-dək İstanbulda 25-ci Türk Dünyası Uşaq Festivalı keçiriləcək.

 

AZƏRTAC xəbər verir ki, bu mədəniyyət tədbiri Türkiyənin Türk Dünyası Araşdırmalar Vəqfi tərəfindən təşkil olunur, festivalın proqramı isə İstanbul valiliyi administrasiyası və Türkiyə hökuməti yanında Diaspor və Xaricdəki Soydaşlarla İş üzrə Departament tərəfindən dəstəklənəcək.

 

Festivalda Azərbaycan, Qazaxıstan və Qırğızıstan da daxil olmaqla etnik türklərin yaşadığı ölkə və bölgələrdən 250-yə qədər uşaq iştirak edəcək.

 

Mayın 26-da İstanbulun Kadıköy rayonundan Atatürk abidəsinə qədər uşaq yürüşünün keçirilməsi planlaşdırılır.

 

Festival çərçivəsində mayın 29-da Türk dünyasının ən yaxşı uşaq səsi müsabiqəsi keçiriləcək.