
Xeyirxah soyğunçu Robin Qud haqqında əfsanələrin altı əsrdən çox dolaşmasına baxmayaraq, alimlər hələ də belə bir insanın tarixdə həqiqətən mövcud olub-olmadığını müəyyənləşdirə bilməmişlər. Robin Qud orta əsr ingilis balladalarının qəhrəmanı, meşə quldurlarının başçısıdır.
Robin Qud haqqındakı əfsanələrə görə, o, İngiltərənin Nottingham şəhəri yaxınlığındakı Şervud meşəsində məskən salmışdı. Robin Qud və onun dostları varlıları qarət edib qanunları pozduqlarına görə sürgün edilmişdilər. Onlar ələ keçirdikləri qənimətləri satıb pulunu kasıblara paylayırdılar.
Robin Qudun düşməni isə cəmiyyətdə böyük gücə malik Nottinqhem şərifi (İngiltərə və ABŞ-da yüksək vəzifəli və ədliyyə məmuru) idi.
Robin Qud haqqında balladalar hələ XIV əsrdə yaranmışdı. Əslində tarixdə Robin Qud adlı şəxs olubmu? Onun xarici görünüşü və yaşı barədə heç bir məlumat yoxdur. Buna baxmayaraq hər il çoxlu sayda turist bu sevimli qəhrəmanla bağlı yerləri görmək, Şervud meşəsində gəzmək və orta əsrlərə aid festivalda iştirak etmək üçün Nottinqhemı ziyarət edir.
27.12.2015