Bu maraqlıdır!

Pişiyin bığı nə üçündür?

Yəqin fikir vermisiniz, pişiklərin uzun bığları olur. Heç bilirsiniz bu, nə üçündür? Bu bığlar pişiyə ətraf aləm barədə daha çox informasiya toplamağa və qaranlıqda istiqaməti müəyyənləşdirməyə kömək edir. Bığlar pişiklərin əsas hissiyyat orqanlarından biridir. Pişiklərin təxminən 24 həssas bığı olur və yanaqlarında, gözlərinin üstündə, alt və üst dodaqlarında, həmçinin pəncələrində yerləşir. Bığlar ov zamanı əvəzsiz rol oynayırlar. Pişiklər ov edən zaman bığlar gərilir və istənilən ani xışıltını duya bilir. Ovu tutub dişləri arasında saxladıqdan sonra pişik məhz bığları vasitəsilə ovun vəziyyətini müəyyənləşdirir. Bığlara baxıb pişiklərin xarakterini də müəyyənləşdirmək mümkündür: əgər bığları irəliyə doğru istiqamətlənib, bu pişik mehriban, əksinə yanaqlara doğru sıxılıbsa, əsəbidir.