Dünyanın yeddi möcüzəsi. Rodos nəhəngi
Rodos nəhəngi – Rodos adasını himayə edən Günəş tanrısı Heliosun nəhəng heykəlidir. Heykəl eramızdan əvvəl 292-280-ci illərdə Rodos adasının uğurlu müdafiəsi şərəfinə ucaldılmışdır. Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares heykəli 12 il ərzində hazırlamışdır.
Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı.
Yarım əsrdən sonra adada baş verən zəlzələ nəticəsində Rodos nəhənginin ayaqları sınmışdır. Heykəl dənizə yıxılmış və təxminən 1000 il sahildə bu vəziyyətdə qalmışdır. Heykəl haqqında cürbəcür əfsanələr yaranmışdır. Lakin eramızdan əvvəl 977-ci ildə heykəli hissələrə ayıraraq satmaq qərarına gəlmişlər. Qədim əlyazmalarda göstərilir ki, heykəlin hazırlandığı tuncun daşınması üçün 900 dəvə lazım olmuşdur. Nyu-York buxtasındakı Azadlıq heykəlinin timsalında Rodos nəhənginin obrazı yaradılmışdır.
19.07.2013