Şeirlər
Rəsul Rza. "Dənizdən böyük"
Əziz Musa. Əsgər olacağam mən
Mina Rəşid. Sənəmin sevinci
Mina Rəşid. Ay da gəlir dalımca
Mavi yorğan içində
Baş qoyubdur balınca.
Mən getdikcə görürəm
Ay da gəlir dalımca.
Düşünürdüm, Ay nədən
Arıq olur çöp kimi.
Bir də gördüm kökəlib
Dönüb olub top kimi.