Zahid Xəlil. Qar
Qar yağıb çiçək - çiçək,
Qar yağıb lopa - lopa.
Qar geyinmiş təpələr
Bənzəyir bir ağ topa.
Atıb yaşıl kürkünü,
Ağ bürünüb ağaclar.
Baxırsan elə bil ki,
Qar gətirib ağaclar.
Hələ Muğana, Milə
Nə qədər qar düşübdür.
Deyirsən, bu düzlərə,
Ağ buludlar düşübdür.
Görün, necə parlayır
Qar dümağ ipək kimi.
Evlər qarın altından
Çıxıb göbələk kimi.
27.01.2022