Sevinc Nuruqızı. Pişiyim
Çəkməsiz gəzir
Qarda pişiklər.
Görəsən, yatır
Harda pişiklər?
Məstana bir bax
Ayaqyalındır.
Hava soyuqdur
Qar çox qalındır.
Qaçım gətirim
Evə məstanı.
Yumşaq yataqda
İsinsin canı.
Nəlbəkisinə
İsti süd töküm.
Nənəmin qalın
Şalına büküm.
Hava soyuqdur
Qar çox qalındır.
Yazıq Məstanım
Ayaqyalındır.
04.12.2021