Fikrət Qoca. Arazım
Gəldi bahar, açdı güllər,
Araz aşdı, Araz daşdı.
Boz dalğalar göyərçindi,
Qanadlanıb Araz uçdu.
Araz ötər şirin-şirin,
Sözü şirin, dili şirin.
Mənim Arazım…
Sərin-sərin külək əsdi,
Dalğalandı qızıl güllər.
Xan Arazın nəğməsindən
Yenə yandı qızıl güllər.