Təmizlik
Soruşduq balacadan
- Yuyunmusan, ay oğlan?
Söylədi aydın, açıq:
- Yuyunmuşam azacıq.
- Sifətini yumusan?
- Yumuşam.
- Qulağını yumusan?
- Yumuşam.
- Dişlərini yumusan?
- Yumuşam.
- Bəs əllərini necə?
Bu sözü eşidincə
Çirkli əlinə baxıb Dedi:
- Yadımdan çıxıb.