Şeirlər

Məmməd Araz. Müharibə olmasa...

Müharibə olmasa...

Yer min illik barını

Bircə gündə yetirər,

Alib ayı, ulduzu

Dartıb yerə gətirər,-

Müharibə olmasa!

 

 

 

 

 

 

 

 

 

 

 

Bəşərin qapısından

Vaxtsız ölüm gen düşər,

İnsanın saçlarına 

Yüz yaşında dən düşər,-

Müharibə olmasa!

 

Sevənlər aləmində

Nə qəm, nə həsrət olar,

Bəşərin gülləsi - söz,

Sözü - məhəbbət olar -

Müharibə olmasa!