Şeirlər

Cavid Qurbanov. Xudayar

Duman gəldi, dağ dumanda əridi,
Yağı düşmən ətrafları bürüdü.
Ana yurdun bülbül səsli igidi,
Nəğmələrin Səndən qaldı yadigar,
Şəhid balam, şəhid oğlum, Xudayar!

 

 

 

 

 

 

 

Sən daşıydın , torpağıydın Vətənin,
Ağacıydın, budağıydın Vətənin,
Nəğməli bir qonağıydın Vətənin,
Sən gedəli o dağlara yağdı qar,
Şəhid balam, şəhid oğlum, Xudayar!

 

Unudarmı oba Səni, el Səni ?!
Unudarmı çəmən, çiçək, gül Səni?!
Unudarmı duman Səni, çən Səni ?!
Hər ürəkdə Sənin üçün xeymə var ,
Şəhid balam, şəhid oğlum, Xudayar!

 

Dastan deyib, dastan olan igidim,
Döyüşündə aslan olan igidim,
Şəhidliklə zirvə tutan igidim,
Ruhun cənnət, yerin olsun laləzar,
Şəhid balam, şəhid oğlum, Xudayar!