Ələmdar Quluzadə. Cırtdan çırpı yığanda
Neçə dəfə ilişdi
İtin ayaqlarına.
O yığdı çır-çıpını
Kolun qıraqlarına.
Birdən kolun dibində
Görəndə bənövşəni,
Sanki tutub saxladı
Bənövşələr Rövşəni.
-Yəqin gəlib gəzəcək
Çölü də, kövşəni də,
Cırtdan çırpı yığanda
Dərsin bənövşəni də.