Aləmzər Əlizadə. Göydən düşən qız
Hərdən nənə
Deyir mənə:
Mənim balam
Göydən düşüb
“Göy zənbillə”.
Tez baxıram
Mən zənbilə.
Bizdə qəşəng,
Göy zənbil var.
Kiçik bacım
Güclə sığar.
Yəqin elə
Bacım boyda
Olanda mən,
Bu zənbillə
Düşdüm göydən.
18.09.2021