Nağıllar, hekayələr

Lev Tolstoy. Şahin və xoruz

Şahin sahibinə öyrəşmişdi, çağıranda uçub gəlir qolunun üstünə qonurdu. Xoruz isə sahibindən qaçır, ona yaxınlaşanda qaçırdı. 

 

Bunu görən şahin xoruza dedi: “Siz xoruzlarda minnətdarlıq hissi yoxdur. Siz yalnız acanda sahibinizin yanına gedirsiniz. Biz şahinlər isə hamıdan sürətlə uça bilirik, amma insanlardan qaçmırıq, bizi çağıran kimi qollarına qonuruq. Çünki insanların bizi yemlədiyini unutmuruq”.

 

Xoruz cavab verdi: “Siz insanlardan ona görə qaçmırsınız ki, heç vaxt qızardılmış şahin görməmisiniz. Biz isə qızardılmış xoruz çox görmüşük”.