Hüseyn Abbaszadə. Bal
Çiçəklənir ağaclar,
Çöllər, düzlər, yamaclar
Hər il gələndə bahar.
Uçur çəmənə, çölə,
Qonub çiçəyə, gülə,
Şirə çəkir arılar.
Çiçəklərin şirəsi,
Ləçəklərin şirəsi
Şirin bal deyil hələ.
Dönüb bal olur şirə,
Yığılır pətəklərə
Arının zəhmətilə.
28.08.2021