Cahangir Məmmədov. İki yuxu
– Xədicə, ay Xədicə.
– Nə deyirsən, ay Eldar?
– Mən görmüşəm bu gecə,
Çox qəribə yuxular.
Görürəm, barışmışıq
Səninlə dostuq yenə.
Məsələnin həllini
Yazıb verirsən mənə.
– Mən də görmüşəm, Eldar,
Əsl şagird olmusan,
Öz ağlınla ilk dəfə
Yaxşı qiymət almısan.