Bu maraqlıdır!

İli Pika

Latın adı Ochotona iliensis olan, dovşana bənzəyən bu heyrətamiz və sevimli məməli heyvanın adı - İli Pikadır. Çinin Sincan əyalətinin şimal -qərbindəki Tyan -Şan dağlarında yaşayır. “Pişuxa” adı ilə də tanınır, əraziyə yaxınlaşan təhlükə barədə digərlərini xəbərdar edərkən çıxardığı fit səsinə görə bu ləqəbi alıb.

 

İli Pika o qədər nadir heyvandır ki, 20 il ərzində elm adamları vəhşi təbiətdə onun varlığını, həyat tərzini sənədləşdirə bilmədikləri üçün onu "sehrli dovşan" adlandırıblar.

 

İlk olaraq bu növ 1983 -cü ildə mühafizəçi Li Veydong tərəfindən kəşf edilib, lakin 2014 -cü ilə qədər bu heyvanı araşdırıb öyrənmək mümküm olmayıb. O vaxtdan bəri, İli Pikaların sayı 70%-dən çox azalıb; nəsli kəsilməkdə olan bir növ olaraq Beynəlxalq Təbiəti və Təbii Sərvətləri Qoruma Birliyinin Qırmızı Kitabına daxil edilib. Ehtimal olunur ki, iqlim dəyişikliyinin təsiri nəticəsində sayı azalmaqdadır. Hazırda vəhşi təbiətdə 1000-dən az İli Pika fərdi qeydə alınıb.

 

Bu heyvanın ölçüsü 20 sm, çəkisi isə 300 qramdan azdır. Xəzi parlaqdır, alnında və boyun tərəflərində böyük pas qırmızı rəngdə ləkələri var.

 

İli Pikalar on və ya yüzlərlə fərdlərin oluşduğu qruplarla yaşayırlar. Otyeyən heyvandır, ərazilərində tapa biləcək hər hansı bir yerüstü bitkilər ilə qidalanır.

 

İli Pika soyuq dağ iqlimində özünü rahat hiss edir və 2800-4000 metr yüksəklikdə, çoxlu yarıqları olan yamaclarda məskunlaşırlar.