Möhür hörümçək
Möhür hörümçək (Latın Cyclocosmia) - Ctenizidae cinsinə aid hörümçək növüdür. Bu cins hörümçəyin gövdəsi yarıdan kəsilmiş formaya sahibdir və görünüşcə naxışlı qədim möhürə bənzəyir.
Hörümçək, diskini təhlükə zamanı qorunma üsullarından biri kimi istifadə edir. Oturaq bir həyat tərzi sürür, buna görə də yuvalarından uzaqlaşmırlar. Təhdid zamanı əvvəlcə yuvaya başına sürüyür, daha sonra sığınacağın girişini möhürlü diski ilə bağlayır.
Yırtıcılardan daha yaxşı qorunmaq üçün diskin ətrafında xırda iynələr var.
Bu hörümçəyə xüsusilə Çində və Tailandda rast gəlinir. Erkək fərdin bədən uzunluğu 5 sm-ə, dişilərin isə 28 mm-ə çatır.
Təhlükə zamanı, hörümçək 7-15 sm dərinliyində şaquli çuxur qazır və möhürə bənzəyən gövdəsi ilə çuxurun girişini örtür. Qum yamaclarında və zibil altında gizlənmiş yuvasının ətrafına yeddi ipək hörərək çuxurda gözləyir. İplərdən titrəyiş hiss edilən kimi, hörümçək çuxurdan çıxaraq şikarını qəfildən tutur.
Demək olar ki, həyatı boyunca yerin altında yaşayır, bəzən gecələr çölə çıxır. Bu hörümçəklərin dişiləri demək olar ki, hər zaman yuvada və ya ona yaxın yerdə olurlar. Aqressivliyi ilə digər hörümçəklərdən fərqlənir. Dişləmələri insan üçün ağrılı ola bilər, ancaq sağlamlığa ciddi təsir göstərmir.
Əsasən böcəklərlə qidalanır. Uzun müddət yeməksiz (təxminən altı ay) keçirə bilir.
Orta ömrü 5 ildən 20 ilə qədərdir.
21.08.2021