Şeirlər

Sevinc Nuruqızı. Cücəylə cücü

Dost idi

cücəylə cücü

cücənin çoxdu

cücüdən gücü.

cücə cücünü

Gəzdirirdi.

cücü cücəni

Bezdirirdi.

cücəylə cücü

cüt bacıydı.

cücü cücənin

Baş tacıydı.

cücü cücədən

Küsdü bir gün.

cücü dodağın

Büzdü bir gün.

Oynayanda

cücü cücəyə

cığal dedi.

Bilisiniz,

Nə baş verdi?

cücə hirslənib

cücünü yedi.