Bu maraqlıdır!

Qədim dünya

İlk insanlar


İlk insanlar təxminən 2 milyon il bundan əvvəl meydana gəlmişdir. Müasir adamların əcdadları ( Homo sapiens) isə 40 min il əvvəl mövcud olmuşdur. Qədim insanlar mağaralarda və komalarda yaşayır, yemək dalınca köçəri həyat keçirirdilər. Eramızdan təxminən 10000 il əvvəl insanlar bitki və heyvan yetişdirməyə başlayıblar. İlk əkinçilər kiçik yaşayış məskənləri salmışlar ki, onlarda tədricən şəhərlərə çevrilmişlər.

 

İlk rəsmlər


Avropada 100-dən çox mağara rəsmləri tapılmışdır. Onlar təxminən e.ə.25000 il əvvəl çəkilmişdir. Qayaüstü rəsmlər Afrikada və Avstraliyada da tapılmışdır.

 

Ovçuluq


Daş dövründə insanların ovladıqları ən iri heyvan- mamontlar idi. İndiki filin əcdadı olan mamontun nəhəng gövdəsinin bütün hissələrindən istifadə olunurdu. Ət qəbilənin bir neçə həftəlik yeməyinə çatırdı. Tüklü dəridən paltar və alaçıq, dişlərdən və sümüklərdən alaçıqların qəfəsi, bəzək əşyaları hazırlanırdı.

 

Ən böyük şəhər


İndəyədək məlum olan qədim şəhərlərin ən böyüyü hazırkı Türkiyənin ərazisindəki Çatal-Hyyukdur.E.ə.6250-ci ildə onun əhalisinin sayı 6000 nəfər olmuşdur. Xarici basqınlardan müdafiə məqsədilə birmərtəbəli evlərin divarları çiy kərpicdən bir- birinə bitişik tikilirdi. Evlərin girişi isə damdan olurdu, nərdivanla qalxıb- düşürdülər. 

 

Onların yeməyi


Çatal- hyyuklular ətlə qidalanırdılar. Meyvə, qoz və tərəvəz də əsas qidalar sayılırdı. Xurma palması xüsusilə qiymətli idi. Onların meyvəsi yeməyə, gövdəsi oduna yarayırdı, yarpaqlarından dam örtüyü kimi istifadə olunur, paltar və ayaqqabı üçün iplik, kəndir hazırlanırdı. 

 

İlk kəndlər


Avropada ilk kəndlər möhkəm hasarla əhatə olunmuş evlər qrupundan ibarət idi. Ağacdan tikilmiş evlərin divarları palçıqla suvanır, damları otla örtülürdü. Hasarın içərisindəki sahənin bir hissəsində  əkin əkir, digər hissəsində mal- qara saxlayırdılar.

 

İlk heyvanlar


Eramızdan təxminən 10000 il əvvəl insan canavarı əhliləşdirərək  ev iti kimi ona digər ev heyvanlarını- qoyunu, keçini, inəyi və donuzu vəhşilərdən qorumağı öyrətmişdir.