Mirmehdi Seyidzadə. Uçun, quşlar!
Uçun, quşlar, bizim bağa,
Cəh-cəh vurub oxumağa.
Sıx yarpaqlı ağaclarda
Qonun yaşıl bir budağa.
Bənövşələr pıçıldaşır,
Sizə nəğmə çox yaraşır.
Quşlar nəğmə oxuyanda
Sevincimiz aşır- daşır.
Çiçəklənib gülöyşə nar,
Çiçəklənib şaftalılar.
Uçun, quşlar, bizim bağa.
Nəğmə deyin gəlib bahar.