Şeirlər

Rafiq Yusifoğlu. Pəncərədən baxan budaq

Budağa bax, budağa,

Hey ucalır, qalxır o.

Boylanıb pəncərədən

Evimizə baxır o.

 

 

Deyirəm ki, utanma,

Keç içəri, ay budaq.

Evdə tək darıxıram,

Gəl birlikdə oynayaq.

 

 

Yalvarıram nə qədər,

Bəs niyə baxmır sözə?

Yəqin anası ağac

Onu buraxmır bizə.