Şeirlər

Mirmehdi Seyidzadə. Dağlar

Dərələri çox dərin, 

Köhlən buludlu dağlar!

Suları buzdan sərin,

Ey şabalıdlı dağlar!

 

Döşü güllü, çiçəkli,

Yoncalı, biçənəkli;

Meşələri tənəkli,

Moruqlu, tutlu dağlar.

 

 

 

Bülbüllərin gülşəni,

Maralların məskəni,

Qəhrəmanlar vətəni,

Ey qartal yurdlu dağlar.