Valentina Oseyeva. Üç dost
Vitya yeməyini itirmişdi. Böyük tənəffüsdə hamı yemək yeyərkən Vitya qıraqda durmuşdu.
- Sən niyə yemirsən? - Kolya soruşdu.
- Yeməyimi itirmişəm...
- Pis oldu, - çörəyindən böyük bir tikə alıb Kolya dedi.
- Harda itirmisən? - Mişa soruşdu.
- Bilmirəm.. - Vitya sakitcə cavab verdi.
- Sən yəqin cibində gətirmisən, amma çantaya qoymaq lazımdır - Mişa dedi.
Volodya isə heç nə soruşmadı. Vityanın yanına gəldi, yağ-çörəyini yarıya bölüb ona uzatdı.
- Al, ye!
03.07.2021