Mirvarid Dilbazi. Cik-cik, cik-cik...
Cik-cik, cik-cik!..
Quş çağırır: - Anam hanı?
Balaların qəmli səsi
Tutdu bütün gün eyvanı.
Ana getdi, qayıtmadı,
Balalara yem çatmadı.
Açıb isti qanadını
Körpələrlə bir yatmadı.
Vurdu onu yol üstündə
Hansı zalım ovçu görən?
Düşdü qışın balaları
Yuvasından pərən-pərən.
30.06.2021